...

Gələn il daha bir Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2017 16:49 (UTC +04:00)
Masallı Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir.
Gələn il daha bir Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq (FOTO)

Bakı. Trend:

Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana tikilib, lazımı şərait yaradılıb. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçinin cəlb olunması nəzərdə tutulur ki, bunların əksəriyyəti yerli sakinlər olacaq.

1-ci mərhələdə Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7006 m2 olan 3 istehsalat korpusu, sahəsi 1251 m2 olan 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaq.

Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti