...

İran xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycanın təklifini alqışlayır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2017 08:00 (UTC +04:00)
İran Astara şəhərində (İran) xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycanın təklifini alqışlayır.
İran xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycanın təklifini alqışlayır (ÖZƏL)

Bakı. Fərhad Daneşvər - Trend:

İran Astara şəhərində (İran) xüsusi iqtisadi zonanın (XİZ) yaradılması ilə bağlı Azərbaycanın təklifini alqışlayır.

Bunu özəl olaraq Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian deyib.

Onun sözlərinə gröə, xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanı bir sıra nəzarət mexanizmlərindən azad edəcək.

Nazir deyib: "Bu, Azərbaycana imkan verəcək ki, İran Astarasına qoyulan investisiyalarından mənfəət əldə etsin".

Qeyd edək ki, daha öncə Bakıda M.Karnasianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Astarada xüsusi iqtisadi zonanın yaradılmasını təklif edib.

M.Karbasian bu təklifi nəzərdə saxlayacaqlarını təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan daha öncə İran Astarasında dəmiryolu obyektlərinin inkişafına 60 milyon avro sərmayə qoymağa razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti