...

Naxçıvan-Məşhəd qatar reysi bərpa oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2017 14:27 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və İran 2018-ci ilin yanvarında Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarının işini bərpa etməyi planlaşdırır.

Bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

Konsul qeyd edib ki, bu məsələ ilə bağlı hər iki ölkənin dəmir yolu qurumları işləyir.

O, bu marşrutun işinin bərpa olunmasının hər iki ölkədə turizmin inkişafına xidmət edəcəyini bildirib.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan reysi 2016-cı ilin dekabrında işə salınmışdı, lakin texniki səbəblərlə əlaqədar bu marşrut dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti