...

“Atəşgah” sığorta məsləhətçiləri ilə görüş təşkil edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2018 19:25 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda ilk sığorta məsləhətçiləri (agent) şəbəkəsinin yaradıcısı olan “Atəşgah” Sığorta Şirkəti (SŞ) öz sığorta məsləhətçiləri üçün 2017-ci ilin yekunlarına dair korporativ görüş təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Atəşgah” SQ rəhbərliyinin iştirakı ilə baş tutan tədbirdə 100 – dən artıq sığorta məsləhətçisinin iştirak etdiyi tədbiri giriş sözü ilə “Atəşgah” SŞ İdarə heyəti sədrinin müavini Fuad İsmayılov açdı. O, sığorta bazarında müşahidə olunan tendensiya və cari vəziyyətə baxmayaraq, maliyyə sektorunun daha böyük potensiala malik olmasını, sığorta məsləhətçilərinin səylərini yüksək qiymətləndirdiyini vurğulamaqla bərabər, onların hər zaman öz peşəkar biliklərini mükəmməlləşdirmək, satış həcmlərini yüksəltməklə uğurlu karyera qurmaq imkanlarının olduğunu vurğuladı.

Tədbirdə sığorta məsləhətçilərini maraqlandıran suallar cavablandırıldı. Fəal sığorta məsləhətçilərinə diplom və qiymətli hədiyyələr təqdim edildi.

Xatırladaq ki, əvvəlki illərdə “Atəşgah” SŞ ən yaxşı sığorta məsləhətçilərinə Bakıda mənzil, avtomobillər və bir sıra qiymətli hədiyyələr təqdim edib.

“Atəşgah” SŞ hər zaman sığorta məsləhətçiləri və tərəfdaşlarının peşəkar biliklərinin inkişaf etdirilməsində maraqlıdır və onlar üçün maraqlı tədbir və aksiyalar keçirməkdə davam edir.

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti