Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycanda yaradılan azad iqtisadi zonada fəaliyyət göstərmək istəyən şirkətlərin qeydiyyatına parlamentdə müvafiq qanunun qəbul edilməsindən sonra başlanacaq.
Trend-in məlumatına görə, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin rəhbəri Taleh Ziyadov deyib.
O xatırladıb ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan uğurla keçib:
"Üçüncü oxunuşdan və qanunun qəbulundan sonra şirkətlərin qeydiyyatına başlanacaq. Düşünürəm ki, bu proses ilin sonunadək başlayacaq".