Bakı. Trend:
"Fitch" beynəlxalq reytinq agentliyi "AccessBank" QSC-nin reytinqini geri çağırıb.
Bankdan Trend-ə verilən məlumata görə, bu addım "AccessBank"ın xahişi əsasında atılıb. Beləliklə, bundan sonra reytinq agentliyi adıçəkilən banka reytinq verməyəcək.
Reytinqi geri çağırmadan öncə "Fitch" bankın uzunmüddətli defolt reytinqi "C" səviyyəsində olub.