...

Slovakiyanın Baş naziri Azərbaycanla əməkdaşlıq üçün prioritet olan sahələri açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2018 16:27 (UTC +04:00)
Slovakiyanın Baş naziri Azərbaycanla əməkdaşlıq üçün prioritet olan sahələri açıqlayıb.
Slovakiyanın Baş naziri Azərbaycanla əməkdaşlıq üçün prioritet olan sahələri açıqlayıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan və Slovakiya əməkdaşlığın etibarlı əsasını yaradan ticarət sahəsi üçün geniş imkanlara və insan potensialına malikdirlər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan Slovakiyanın Baş naziri Peter Pelleqrini deyib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün prioritet və bir çox şeylər vədlər edən sahələr alternativ enerji, avtomobil, kimya və hasilat sənayesidir:

"Lakin iqtisadi əməkdaşlığı yalnız bu sektorlarla məhdudlaşdırmaq olmaz. Ona görə də mən şadam ki, burada olan Slovakiya şirkətləri arasında innovasiya texnologiyaları və digər sferalarda fəaliyyət göstərənlər də var".

Qeyd edək ki, cari ilin 9 ayı ərzində Azərbaycanla Slovakiya arasında əmtəə dövriyyəsi 20 milyon dolları ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti