Bakı. Fidan Babayeva - Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq strukturların Azərbaycandan Rusiyaya pomidor və alma ixracına məhdudiyyətlərin tam götürülməsi istiqamətində birgə tədbirləri davam edir.
Trend bu barədə Azərbaycan Beynəlxalq Bankının "Sahibkarlar klubu"na istinadən məlumat verir.
Qeyd olunur ki, hazırda Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin ixrac potensialı 243 688 ton təşkil edir. Bu göstərici 2020-ci ildə Rusiyaya ixrac olunmuş həcmdən 35,4 faiz çoxdur.
Rusiya Azərbaycandan pomidor və alma idxalına məhdudiyyətləri ötən ilin dekabrından tətbiq etməyə başlayıb.
Son dövrlərdə bir sıra müəssisələrin pomidor tədarük etməsinə icazə verilib.
(Tərcümə: Orxan Nəbiyev)