...

"Kanal İstanbul"un illik 8 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2021 12:33 (UTC +04:00)
"Kanal İstanbul"un illik 8 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə inşası planlaşdırılan "Kanal İstanbul" layihəsinin illik 8 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

Trend-in "Yeni Şafak" qəzetinə istinadən məlumatına görə, mütəxəssislər qeyd edir ki, kanal hazır olduqdan sonra 300 min tonluq gəmiləri qəbul edə biləcək.

Bundan başqa, layihənin başa çatmasından sonra bölgədə 500 mindən çox yeni iş yerinin açılması gözlənilir. "Kanal İstanbul" işə düşəndən sonra 28 milyard dollarlıq istehsal təmin olunacaq.

Mütəxəssislər kanalın turizm sektoruna da müsbət təsirini vurğulayır. İstanbula ildə 50 milyon xarici turistin gəlişi nəzərə alınsa, layihə 30 milyard dollara yaxın turizm gəlirini təmin edəcək.

Qeyd edək ki, ötən həftəsonu "Kanal İstanbul" üzərində tikiləcək altı körpüdən birincisinin təməli qoyulub. Təməlqoyma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti