...

Mərkəzi Bank və "MasterCard" rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2021 16:25 (UTC +04:00)
Mərkəzi Bank və "MasterCard" rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda 2018-2020-ci illəri əhatə edən Nağdsız hesablaşamlar üzrə Dövlət proqramının başa çatmasından sonra "MasterCard" şirkəti Azərbaycan Mərkəzi Bankı ilə Rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb.

Bunu Trend-ə "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib

O bildirib ki, bu tərəfdaşlıq tərəflərin nağdsız iqtisadiyyata sürətli keçidin davam etməsinə bağlılığını vurğulayır və 2025-ci ilədək davam edəcək:

"Nağdsız hesablaşmaların əsasında rəqəmsal texnologiyalar dayanır. Tərəfdaşlıq 5 illik müddətdə rəqəmsal transformasiya ilə bağlı yol xəritəsini əhatə edir. KOB-ların rəqəmsal inkişafı, kibertəhlükəsizlik və süni intellekt, ağıllı şəhərlər və turizm kimi sferaları nəzərdə tutan tərəfdaşlıq Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına töhfə verəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti