...

Bakı Limanı regional nəqliyyat qovşağına çevrilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2022 17:33 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanını region ölkələri üçün nəqliyyat qovşağına çevirmək planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Bakı limanının baş direktoru Taleh Ziyadov ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, bunun üçün daxili infrastrukturu inkişaf etdirmək, qonşu ölkələrlə nəqliyyat əlaqələrini genişləndirmək, eləcə də beynəlxaıq bazarlara çıxış əldə etmək lazımdır.

"Biz daşımaları qlobal səviyyəyə çıxarmağa xidmət edəcək nəqliyyat qovşağının yaradılmasını istəyirik", - deyə o bildirib.

T.Ziyadov qeyd edib ki, Azərbaycan neft gəlirlərini səmərəli şəkildə bölüşdürərək özünün çoxtərəfli gələcəyini inşa etməkdədir.

O əlavə edib ki, Qafqaz regionu ölkələri arasında növbəti 10 il ərzində qlobal ticarətdə yaxşı ticari-iqtisadi dinamika olacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti