...

Procter&Gamble Rusiyanı tərk edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2022 06:23 (UTC +04:00)
Procter&Gamble Rusiyanı tərk edə bilər

Bakı. Trend:

ABŞ-ın Procter&Gamble (P&G) şirkəti sanksiyalar, maliyyə məhdudiyyətləri və təchizat problemləri səbəbindən Rusiya bazarını tərk edə biləcəyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Ruters" agentliyi yazır.

Şirkət qeyd edir ki, belə qərarın əsas səbəbi Ukraynadakı böhranın korporasiyanın pərakəndə müştərilərinə, təchizatçılarına və distribyutorlarına təsiridir. Son hadisələrə qədər Rusiya və Ukraynadakı ticarətin həcmi qlobal satışın 1,5-2 faizini təşkil edirdi.

Ötən ay P&G öz biznesinin Rusiya seqmentinə investisiyaların dayandıdığını və Rusiya Federasiyasına ixrac edilən məhsulların siyahısının azaldılmasını elan etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti