...

Çexiya şirkəti Orta Dəhliz çərçivəsində pilot layihə həyata keçirir (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2024 18:58 (UTC +04:00)
Çexiya şirkəti Orta Dəhliz çərçivəsində pilot layihə həyata keçirir (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyada yerləşən “MALBI-trans” beynəlxalq nəqliyyat-logistika şirkəti Orta Dəhliz çərçivəsində pilot layihə həyata keçirir.

Bu barədə Trend-ə “MALBI-trans”ın baş direktoru Liliana Krutonoq Bakıda keçirilən “Qara dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur” beynəlxalq konfransında bildirib.

O, şirkətinin ekspeditor xidmətlərinə ixtisaslaşdığını vurğulayıb.

“Biz uzun müddətdir ki, Orta Dəhlizin imkanlarını araşdırırıq və bu istiqamətdə aktiv çalışırıq. Artıq tərəfdaşlar üzrə şəbəkəmiz qurulub və hazırda Rumıniya, Konstansa limanı, sonra Bakı və daha sonra Qazaxıstana keçəcək pilot qatar hazırlayırıq. Bu, bizim əsas marşrutlarımızdan biridir”, - Liliana Krutonoq qeyd edib.

Onun sözlərinə görə, şirkət bir sıra problemlərlə qarşılaşır, bunlar Şimal Dəhlizində, xüsusilə Malaşeviçi-Brest keçidində yaşananlarla bənzərdir.

“Əsas çətinliklər "bottlenecks" adlanan infrastruktur darlıqlarıdır. Vəziyyəti yaxşılaşdırmaq üçün nəqliyyat mərkəzlərini genişləndirmək və yolların ötürücülük imkanlarını artırmaq lazımdır. Məsələn, Malaşeviçi-Brest vasitəsilə 48-40 futluq konteynerləri qatarla daşıya bilirik, lakin Konstansa vasitəsilə maksimum 38-40 futluq konteynerlər daşıya bilirik. Bu, nəqliyyatın qiymətinə ciddi təsir göstərir”, - o bildirib.

Baş direktor vurğulayıb ki, “MALBI-trans” tenderlərdə, o cümlədən, Qazaxıstandakı layihələrdə aktiv şəkildə iştirak edir.

“Biz görürük ki, bu dəhlizdəki qiymətlər hələ də Koper və ya Malaşeviçi-Brest kimi digər marşrutlarla müqayisədə yüksəkdir. Ancaq ümid edirəm ki, konfranslar və tərəfdaşlarla dialoq sayəsində xərcləri optimallaşdırma və daşınma şəraitini yaxşılaşdırma yollarını tapa biləcəyik”, - o əlavə edib.

“MALBI-trans” beynəlxalq nəqliyyat-logistika şirkəti Avropanın hər yerinə, Rusiyaya, MDB-yə, Çinə, Türkiyəyə və İrana ixrac, idxal, tranzit və daxili daşımalar üzrə dəmir yolu daşımaları təklif edir.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmiryolu sistemləri ilə birləşdirir.

Orta dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına imkan verir.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya malları orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti