2006-cı ildə AtaSığorta ASC şirkətin nizamnamə kapitalını artırmağı planlaşdırır. Trend in məlumatına görə, şirkətin marketinq və satış üzrə direktoru Vüsal Nəsirli bu barədə bildirib.
Onun sözlərinə görə, hazırda bu göstərici $1 mln. təşkil edir. "2006-cı ildə NK-ni $2 mln.-dək artırmaq şirkətin planında vardır" -deyə V. Nəsirli vurğulayıb.
AtaSığorta həm də bildirib ki, şirkət sığortanın 31 növü üzrə öz müştərilərinə xidmət göstərir, bunlardan 27-si könüllü, 4-ü isə icbari növdür.
AtaSığorta ASC 2004-cü ilin iyulunda qeydiyyatdan keçib və həmin ilin sentyabrında öz fəaliyyətinə başlayıb. Şirkətin təsisçiləri Ataholding və AtaBank- dır.