...

Gürcüstan Dəmir Yolunun Marketinq xidməti 2006-cı il üçün iş planını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2006 16:00 (UTC +04:00)

Gürcüstan Dəmir Yolunun Marketinq xidməti 2006-cı il üçün iş planını təqdim edib. Trend in xəbər verdiyi kimi, Gürcüstan Dəmir Yolu idarəsinin məlumatında deyilir ki, cari ildə bu xidmətin təqdim etdiyi strategiya müştərilərin tələblərinə lazımi diqqəti, nəzarət sisteminin effektivliyini, əlavə mal axınının proqnozlaşdırılması metodikasının işlənib hazırlanmasını, müştərilərlə əlaqələrin təşkili və sərfəli konteyner marşrutlarının müəyyən edilməsini nəzərdə tutur.

Məlumatda qeyd olunur ki, Marketinq xidməti sənaye və nəqliyyat bazarlarını öyrənir və əlavə yüklərin xüsusilə TRACECA dəhlizinə cəlb olunması şərtləri üzərində işləyir. Bu məqsədlə Qazaxıstan, Ukrayna, Özbəkistan və Türkmənistanın müvafiq xidmətləri ilə işlər aparılır.

İşçi planı üzrə və müvafiq mütəxəssislərin köməyi ilə imitasiya modeli (yüklərin dərəcələri üzrə) yaradılacaq. Bu model müəyyən yüklərin cəlb olunmasının rentabelliyini müəyyənləşdirəcək. Loqistika mərkəzinin yaradılması ilə əlaqədar "Gürcüstanın Dəmir Yolu İdarəsi" və Poti limanının işçi qrupları müvafiq hazırlıq işləri aparır.

Xəbər lenti

Xəbər lenti