...

Rusiya qazının qiymətinin artması "Dəryal" mərkəzinin icarə haqqına təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2006 16:12 (UTC +04:00)

Rusiya qazının qiymətinin artması ilə əlaqədar "Dəryal" analitik-informasiya mərkəzinin icarə haqqına yenidən baxılmasına dair heç bir məlumat yoxdur. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində baş nazirin birinci müavini Abbas Abbasov məlumat verib.

"Artıq müqavilə imzalanıb və onun əsasında biz hər ay mərkəzin icarəsinə görə $7 mln alırıq. Bundan başqa Rusiya əlavə olaraq icarəyə görə $31,5 mln məbləğində olan borcundan da ödəyir" - deyə A.Abbasov qeyd edib.

Azərbaycan hökuməti "Dəryal" analitik-informasiya mərkəzinin istifadəsi ilə əlaqədar daşınar və daşınmaz əmlakın icarəsinə görə Rusiya hökumətinin ödədiyi vəsaitlərin istiqamətini müəyyən etmək niyyətindədir.

Moskva stansiyanı Azərbaycanın mülkiyyəti kimi tanıyıb və 1997-ci ilin iyulundan ehtiyat hissələrinin tədarükü və onun modernləşdirilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb. İcarə haqqı ilə yanaşı, o, 1997-2001-ci illər ərzində icarəyə və istifadə olunan enerjiyə görə $31,5 mln məbləğində yığılmış borcu 5 il müddətinə ödəməyi öhdəsinə götürüb. Hər ilin əvvəlində RF akkreditiv açmaqla $6,2 mln ödəyir. Bunlar "Qəbələ RLS-in statusu, prinsipləri və istifadə şərtləri haqqında" hökumətlərarası sazişinə əsasən 2002-ci ildə hazırlanmış qaydalarda nəzərdə tutulur. Vəsaitlər Rusiya mallarının alınmasına sərf olunacaq. Əgər bu il ərzində mallar alınmasa, Azərbaycan tərəfinin vaxtı uzatmaq tələbi ilə çıxış etmək hüququ var.

Birinci il (2004-cü il) vəsaitlər təcili yardım maşınlarının alınmasına, ambulator məqsədlərə və s. sərf edilmişdir.

Xəbər lenti

Xəbər lenti