...

Maliyyə Nazirliyi dövlət banklarının auditor komitələrinin yaradılması ilə bağlı təkliflərini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2006 19:43 (UTC +04:00)

Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq bankında və Kapitalbankda bu dövlət banklarının vəziyyəti ilə bağlı hesabatlar verilməsi məqsədilə auditor komitələrinin yaradılmasında maraqlıdır. Maliyyə naziri Əvəz Ələkbərov Trend ə bildirib ki, bu banklar nazirliyə komitələrin tərkibi ilə bağlı təkliflər təqdim edib.

Respublikada fəaliyyət göstərən bütün banklarda auditor komitələrinin yaradılması yeni bank qanunvericiliyi ilə tapşırılıb.

Nazirliyin komitələrin tərkibi ilə bağlı öz mövqeyi vardır. Ə.Ələkbərov hesab edir ki, bu auditor strukturlarına kadr seçimini Maliyyə nazirliyi həyata keçirməlidir, çünki bunlar dövlət banklarıdır. Kapitalbank tamamilə dövlətin mülkiyyətindədir, Beynəlxalq bankda isə dövlət payı 50,2% təşkil edir.

Xəbər lenti

Xəbər lenti