...

Heydər Babayev: Azərbaycan hökuməti "quş qripi" ilə bağlı güzəştlər barədə broyler fabriklərinin təkliflərini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2006 15:08 (UTC +04:00)

Azərbaycan hökuməti "quş qripi" epidemiyası ilə bağlı güzəştlər barədə broyler fabriklərinin təkliflərini nəzərdən keçirir. Trend in məlumatına görə, bu barədə martın 2-də iqtisadi inkişaf naziri H.Babayev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İİN 3 ay ərzində broyler fabriklərinin kommunal xidmətlərə görə borclarının ödənməsini dlndursun. Onun fikrinicə, eləcə də broyler fabriklərinin Azərbaycan qanunvericiliyində forsmajor vəziyyətlərdə yol verilən vergilər üzrə borclarının ödənilməsini də dayandırılacağı ehtimal olunur.

O, eləcə də toyuq satışının kəskin şəkildə aşağı düşməsinə də toxunub və belə hesab edir ki, bu məhsulların qiymətləri aşağı salınmalıdır, lakin reallıqda bu müşahidə olunmur.

"Quş qripi" ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan hökuməti ilə yanaşı Asiya İnkişaf Bankı və Yaponiya hökuməti də yardım göstərir. Yapon hökumətinin xətti ilə artıq $1 mln. vəsait alınıb. Kənd T əsəsrrüfatı, Təhsil Nazirliyində, Dövlət Baytarlıq Xidmətində maddi-texniki bazanın yaradılması üçün Nazirlər Kabinetinin ehtiyat fondundan 3 mln. AZN ayrılıb.

"Dünən Azərbaycanın "quş qripi" ilə mübarizə üzrə Dövlət Komissiyası mümkün yardımların alınması ilə əlaqədar donorlarla görüş keçirib", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti