...

Azərbaycan və İsveçrə Federal Şurası hökumətlərarası komissiyasının II iclası başqa vaxta keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2006 11:55 (UTC +04:00)

Azərbaycan və İsveçrə hökumətlərarası ticari-iqtisadi əməkdaşlıq komissiyasının II iclasının vaxtının martın 10-dan 15-nə keçirilməsinə dair razılığa gəlib. Trend in xəbər verdiyi kimi, bu barədə martın 2-də jurnalistlərə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Azərbaycan tərəfdən komissiyanın sədri H.Babayev, İsveçrə Federal Şurası tərəfdən isə iqtisadi məsələlər üzrə Dövlət katibliyində ikitərəfli iqtisadi əlaqələr şöbəsinin rəhbəri Yorq Al Reydinqdir.

Martın 16-da Azərbaycan hökuməti Sürixdə ölkənin investisiya imkanlarının təqdimatını keçirəcək. Azərbaycan-İsveçrə investisiya forumu Azərbaycan İxrac və İnvestisiyalar fondu (AZPROMO), Azərbaycanın İsveçrədəki səfirliyi və bu ölkənin Sofi təşkilatı tərəfindən təşkil olunub.

Seminarda məqsəd Azərbaycanı biznes sahəsində etibarlı tərəfdaş kimi İsveçrə hökuməti və biznesmenlərinə təqdim etməkdir. AZPROMO-nun rəhbəri Emil Məcidovun sözlərinə görə, fond İsveçrə təşkilatı ilə qarşılıqlı anlaşma memorandumunun imzalandığı 2003-cü ildən bəri əməkdaşlıq edir. Elə həmin il Sofi Azərbaycanda ilk investisiya konfransını təşkil edib.

Xəbər lenti

Xəbər lenti