...

Maliyyə Nazirliyi Litva şirkətinə aksiz markalarının hazırlanması ilə bağlı sifariş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2006 14:33 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi Azərbaycanda istehsal olunan və ölkə ərazisinə idxal edilən spirtli içkilər və tütün məmulatları üçün aksiz markalarının hazırlanması ilə bağlı sifarişi yerinə yetirmək hüququnu tenderin qalibinin Ukraynanın Poliqrafiya mərkəzi olmasına baxmayaraq, Litvanın Garsu Pasaulis şirkətinə verib.

Nazirlikdən Trend ə verilən məlumata görə, bu, Ukraynada qarşıdakı parlament seçkiləri ilə əlaqədar ukraynalıların bu sifarişi yerinə yetirməkdən imtina etməsi ilə bağlıdır. Seçkilərlə bağlı olaraq kombinata digər təxirəsalınmaz sifarişlər verilib. Buna görə də sifariş tenderdə ikinci yer tutmuş şirkətə verilib və artıq bu şirkətlə müqavilə bağlanıb.

Ukrayna şirkəti sifarişi 8 həftədən 12 həftəyədək olan müddətdə və 1617000 dollara yerinə yetirməyi öhdəsinə götürmüşdü. Garsu Pasaulis isə tədarükə 30 gündən sonra başlamağı təklif edir. Şirkətin tələb etdiyi məbləğ 1620000 avrodur.

Litva şirkəti respublikada istehsal olunan pivə üçün 50 mln ədəd, spirtli içkilər üçün - 20 mln ədəd, tütün məmulatları üçün - 200 mln ədəd, idxal olunan pivə üçün - 10 mln ədəd, spirtli içkilər üçün - 10 mln ədəd, tütün məmulatları üçün isə 250 mln ədəd aksiz markası hazırlamalıdır.

Tenderin digər iştirakçıları isə Britaniyanın Optaglio, Almaniyanın Giesecke & Devrient şirkətləri olub.

Xəbər lenti

Xəbər lenti