...

Bank Respublika I rübə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2006 17:04 (UTC +04:00)

Bu ilin 1 aprel tarixinə Bank Respublika-nın aktivləri 63 267,3 min AZN təşkil etmişdir ki, bu da keçən ilin mart ayının nəticələri ilə müqayisədə 66,7% çoxdur. Bankın kredit portfelinin həcmi il ərzində 59,2% artaraq 37 453,4 min AZN olmuşdur. Trend in verdiyi məlumata görə, bu barədə Bank Respublika-nın press-relizində məlumat verilir.

Müştərilərin depozitləri 1 aprel 2006-cı il tarixinə 22 769 min AZN olmuşdur və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,9% çoxdur. Əhalinin müddətli əmanətlərinin həcmi isə 83,9% artmışdır. Ötən ilin mart ayının nəticələri ilə müqayisədə Bank Respublika məcmu kapitalının 2 dəfə (+112,3%) artımına nail olmuşdur. Bankın məcmu kapitalı bu ilin 1 aprel tarixinə 10 765,4 min AZN olmuşdur.

Bank Respublika-nın yanvar-mart ayları ərzində gəlirləri 2 399 min AZN, xərcləri isə 1 911 min AZN olmuşdur. Bu dövr ərzində bankın balans mənfəəti 488 min AZN təşkil etmişdir.

Xəbər lenti

Xəbər lenti