...

Musa Pənahov: Nəqliyyat sektorunun gəlirliyi gediş haqqını hazırkı səviyyədə saxlamağa imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 20:58 (UTC +04:00)

Nəqliyyat Nazirliyi nəqliyyat vasitələrində gediş haqqı ilə bağlı monitorinq keçirməyi planlaşdırır. Trend agentliyinin nəqliyyat nazirinin müavini Musa Pənahova istinadən yaydığı məlumata əsasən, istənilən qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmalıdır və pərakəndə xarakter daşımamalıdır. Hazırda sərnişin daşınması kifayət qədər gəlirlidir və gediş haqqının bəzi hallarda qanunsuz qaldırılmasına baxmayaraq, buna ehtiyac yoxdur.

Onun sözlərinə görə, Bakıda avtonəqliyyat sistemmini Nəqliyyat Departamenti tənzimləyir. Bu qurum qanunsuz olaraq gediş haqqını artıran nəqliyyat sahiblərinə qarşı tədbirlər görür.

"Bu məsələ hazırda nazirliyin gündəliyindədir, lakin Tarif Şurası gediş haqqının artırılmaması haqqında qərar qəbul edib" - deyə M.Pənahov qeyd edib. Belə faktlar 2006-cı ilin əvvəlindən dizel yanacağının bahalaşmasından sonra müşahidə olunur. Hökumət gediş haqqının iki dəfə artırılmasına ehtiyac görmür, çünki ümumi nəqliyyat xərclərində yanacağın payı 35% təşkil edir.

M.Pənahov nəqliyyat vasitələrinin texniki baxış və sürücülərin tibbi müayinədən keçməsini məqsədəuyğun sayır. Sərnişindaşımada istifadə olunan bütün nəqliyyat vasitələri texniki baxışdan keçməlidir. Bu məqsədlə nazirlik xüsusi yerlərin ayrılmasını təklif edir.

Xəbər lenti

Xəbər lenti