...

Rusiya Gürcüstandan iki eşelonu Azərbaycan ərazisi ilə yola salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 16:32 (UTC +04:00)

Bu gün Rusiya tərəfi Gürcüstandan çıxarılan ikinci hərbi texnika eşelonunu Azərbaycan ərazisi ilə yola salıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən məlumat verilib. Bu ayın sonunadək Gürcüstandan Azərbaycan ərazisi ilə hərbi texnika və döyüş sursatlarından ibarət daha bir eşelon keçəcək.

Bu gün Rusiyaya 35 ədəd avtomobil və xüsusi təkərli texnika və 35,5 ton artilleriya döyüş sursatı, o cümlədən Axalkalakidəki bazaya məxsus əmlakın bir hissəsi daşınıb. Silah və hərbi texnika dolu 3-cü eşelon Gürcüstandan Rusiyaya mayın 30-da yola salınmalıdır. Rusiya tərəfi Gürcüstandan Azərbaycan ərazisi ilə təxminən 400 vaqonun keçəcəyini bildirib. Bu vaqonlarda Gürcüstandakı hərbi bazaya məxsus hərbi texnika və digər avadanlıqlar daşınacaq.

Bu yüklər Azərbaycana Gürcüstan və ölkəmizin sərhədindəki Böyük-Kəsik stansiyasından yola salınır və respublika ərazisini təxminən 700 km qət edərək Yalama sərhəd stansiyasından Rusiyaya nəql olunur.

Təhlükəli yüklər dünyada və MDB-də qəbul olunmuş daşınma normalarına, o cümlədən Azərbaycanda qəbul olunmuş normativlərə uyğun nəql edilir.

Xəbər lenti

Xəbər lenti