...

2011-12-ci illər Azərbaycanın iqtisadi inkişafında dönüş illəri olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2006 15:37 (UTC +04:00)

2011-12-ci illər Azərbaycanın iqtisadi inkişafında dönüş illəri olacaq, çünki ekspertlərin ehtimallarına görə, məhz bu dövrdə ölkədəki neft hasilatı ən yüksək həddə çatacaq. Trend in verdiyi xəbərə görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin makroiqtisadi təhlil şöbəsinin rəisi Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, məhz bu dövrdə hökümət Ümumdünya Ticarət Təşkilatına daxil olacağına ümid edir və bununla əlaqədar, ticarət rejimində bir sıra işlərə göz yumulmalıdır. "Bütün bunlar ölkənin qeyri-neft sektorunda neqativ tendensiyalara səbəb ola bilər və hökümət artıq onların qarşısının alınması üçün tədbirlər görür", - deyə o bildirib.

Ə.Muradov bildirib ki, ekspertlərinr proqnozlarına görə, qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatındakı xüsusi çəkisi 2025-ci ildə 10% təşkil edəcək. İlk növbədə, bu, qeyri-neft sektorunun inkişafı, həmçinin neft hasilatının həcminin azaldılması hesabına nail olunacaq.

2025-ci ildə Azərbaycandakı ÜDM 70 milyard ABŞ dollarına çatacaq. Əhalinin hər adambaşına 8 min ABŞ dolları ÜDM düşəcək. "Alıcılıq qabiliyyətinin paritetinə görə biz düşünürük ki, göstərilən dövrdə Azərbaycan hər adambaşına 20 min ABŞ dolları ÜDM səviyyəsinə çatacaq. Bu, əhalinin sosial təminatına da təsir göstərəcək. Biz hesab edirik ki, o vaxtadək Azərbaycanda yoxsul qalmayacaq", - deyə Ə.Muradov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti