...

XDGİ 2006-cı ilin yanvar-iyun aylarında yük daşımalarının həcmini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2006 10:50 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, 2006-cı ilin yanvar-iyun aylarında Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus gəmilərlə 7,06 mln ton yük daşınıb ki, bu da 2005-ci ilin 1-ci yarım ilinə olan göstəricidən 357 min ton çoxdur.

Bu həcmin 4,94 mln tonu - tanker, 1,44 mln tonu - bərə, 680 min tonu isə quru yük daşımalarının payına düşüb. Xəzər çərçivəsində 6,49 mln. ton yük daşınıb. Bu isə 2005-ci ilin 1-ci yarım ili ilə müqayisədə 308 min ton çoxdur. Xəzərin xaricində 560 min ton yük daşınıb ki, bu da 2005-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 39 min ton çoxdur.

Bu dövrdə Avrasiya nəqliyyat dəhlizi ilə 3,443 mln. ton yük daşınıb. Bunun 2,941 mln. tonu tranzit yüklərdir. Yanvar-iyun aylarında 6200 sərnişin daşınıb.

Xəbər lenti

Xəbər lenti