...

Oğurlanmış avtomobillər tapılaraq sahiblərinə təhvil verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 15:54 (UTC +04:00)

Azərbaycan ərazisində oğurlanmış 81 nəqliyyat vasitəsindən 76-sı tapılaraq sahiblərinə qaytarılıb. Bu barədə Trend ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla iş üzrə şöbəsinin rəisi Ərəstun Məcidov məlumat verib.

Həmçinin ayrı-ayrı sürücülərdən 15 Kalaşnikov avtomatı, 7 müxtəlif tipli tapança, 19 müxtəlif növ tüfəng, 2 qumbaraatan, 1 minaatan, 1714 müxtəlif kalibrli patron və s. aşkar olunaraq istintaq orqanlarına təhvil verilib.

Azərbaycan Respublikası prezidentinin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanından irəli gələn vəzifələri rəhbər tutan BDYPİ əməkdaşları bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirir.

Xəbər lenti

Xəbər lenti