Beynəlxalq Valyuta Fondu makroiqtisadi proqnozlaşdırma üzrə Azərbaycan höküməti ilə məsləhətləşmələri davam etdirmək niyyətindədir. BVF-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin direktor müavini Vitali Kramarenkonun Trend ə verdiyi xəbərə görə, gələcəkdə məsləhətləşmələr BVF-in Bakı nümayəndəliyinin başçısı Bazel Zavoyko vasitəsilə aparılacaq.
Məsləhətləşmə xidmətləri İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə və Azərbaycan Milli Bankına göstəriləcək.
Səfər çərçivəsində onlar büdcə proqnozlaşdırılması üzrə mümkün ssenariləri təqdim edib. Makroiqtisadi modelin qurulması istiqamətində ölkəyə yardım göstəriləcək.
"Modellərimiz 2007-ci il üçün büdcə proqnozlarının formalaşdırılmasının təməli ola bilər. Bu zaman inflyasiya üzrə proqnozların məqsədli göstəriciləri dövlət büdcəsinin proqnoz göstəriciləri ilə üst-üstə düşməlidir", - deyə V.Kramarenko qeyd edib.