...

Bakıda səhiyyə sisteminin dəyişdirilmə layihəsi üzrə kredit sazişi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2006 16:15 (UTC +04:00)

Bu gün Bakıda səhiyyə sisteminin dəyişdirilmə layihəsi üzrə kredit sazişi imzalanıb. Trend in verdiyi xəbərə görə, imzalanma mərasimində ölkənin maliyyə naziri Samir Şərifov bildirib ki, başlıca məqsəd - sovet dövründən qalan səhiyyə sisteminin ləğvidir, çünki bunsuz bu sektorda islahatlar keçirmək mümkün deyil.

Kredit sazişini Azərbaycan tərəfdən səhiyyə naziri Oqtay Şirəliyev, DB-dən isə ölkə üzrə menecer Qreqori Yetjeyçat imzalayıb.

Bu layihə çərçivəsində bütün problemləri təhlil etmək nəzərdə tutulub. Nazir qeyd edib ki, bu məqsədlər üçün Dünya Bankı 50 mln. ABŞ dolları dəyərində güzəştli kredit verir. Layihədə hökümətin payı 28,3 mln. ABŞ dolları təşkil edir, qalan hissənin 8 milyon dolları ABŞ-ın beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrantı hesabına, 470 min ABŞ dolları - YUNİSEF, 35 min ABŞ dolları - Ümumdünya səhiyyə təşkilatı tərəfindən maliyyələşdiriləcək.

Layihənin 6 il müddətində reallaşdırılması nəzərdə tutulub.

ABŞ-ın Azərbaycandakı səfiri En Dersi bildirib ki, ümumilikdə ABŞ höküməti səhiyyə sisteminin dəyişdirilməsi üçün 11 mln. ABŞ dolları ayırıb. Bu vəsaitin bir hissəsi (3 mln. ABŞ dolları) artıq ilk islahat layihəsi çərçivəsində xərclənib. İkinci layihənin ümumi dəyəri 86 mln. ABŞ dolları təşkil edir.

Layihənin başlıca komponentləri ilkin tibbi yardımın göstərilməsi, resursların səmərəli paylaşdırılması, keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və vətəndaşların şəxsi sağlamlıqlarına görə məsuliyyətinin artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti