"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Samur-Abşeron kanalı sisteminin uzunmüddətli inkişaf strategiyası çərçivəsində su elektrik stansiyası (SES) və Taxta körpü su anbarının inşası üzrə tenderi bağlı elan edib. Dövlət qurumundan Trend ə verilən məlumata görə, tender komissiyası öz işinə yekun vurub. 3 Azərbaycan və 1 Türkiyə şirkətindən ibarət konsorsiumun təklifləri daha məqbul hesab edilib. Bu, "Azərsutikinti"", "Azərenerjiquraşdırma", "Azərkörpü" və Türkiyənin "Temelsu" konsaltinq şirkətidir.
Tenderdə iştirak dəyəri 500 AZN təşkil edib.