...

9 ay ərzində Azərbaycan Mikromaliyyələşdirmə bankının göstəriciləri 100%-i keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2006 19:29 (UTC +04:00)

Azərbaycan Mikromaliyyələşdirmə Bankı 2006-cı ilin sentyabr ayı üçün nəticələri müəyyənləşdirib. Trend in bankın məlumatına istinadən xəbər verdiyi kimi, bu ilin ilk doqquz ayı üçün olan göstəricilər 100%-i ötüb keçib. Bank aktivləri 21,8 mln.-dan 45,2 mln. ABŞ dollarınadək, depozitin ümumi məbləği 600 000-dən 3,5 mln. dollaradək artıb.

Kredit portfeli 17,3 mln.-dan 35,5 mln. dollaradək, müştərilərin sayı isə 5 700-dən 11 692 nəfərədək artıb. Yalnız sentyabr ayında müştərilərə ümumi məbləği 5 887 AZN (6 690 ABŞ dolları) təşkil edən 2 383 kredit verilib. Buraya ümumi məbləği 5 508 000 AZN (6 260 000 ABŞ dolları) olan 1769 biznes kreditləri və ümumi məbləği 2 960 000 AZN (3 364 000 ABŞ dolları) təşkil edən 1 689 mikrokredit daxildir.

Biznes kreditlərindən başqa Azərbaycan Mikromaliyyələşdirmə bankı xalq arasında böyük tələbatın olduğu istehlak kreditlərinin verilməsini də genişləndirir. Sentyabr ayında müştərilərə ümumi məbləği 325 000 AZN (370 000 ABŞ dolları) təşkil edən 603 kredit (təxminən gündə 25 kredit) təqdim olunub.

Oktyabr ayına qədər müştərilərin cari hesablarda olan pullarının miqdarı 880 000 AZN (1000 000 ABŞ dolları) təşkil edib və bu, yanvar ayının 1-i üçün olan göstəricilərdən 3 dəfə çoxdur.

Oktyabr ayına qədər depozitin miqdarı isə 2 184 000 AZN (2 482 000 ABŞ dolları) təşkil edib. Bu, 2006-cı il yanvarın 1-nə qədər olan göstəricilərdən 9 dəfə çoxdur.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı plastik kartları da təkmilləşdirməkdədir. Artıq AMMB-nin daha 3 bankomatı genişlənməkdə olan yeganə bankomat şəbəkəsinə qoşulub. Bundan əlavə sentyabr ayında AMMB-nın müştərilərə təqdim etdiyi pul köçürmə sistemləri siyahısına MDB ölkələrində çox məşhur olan "Bıstraya poçta" sistemi də əlavə olunub.

Xəbər lenti

Xəbər lenti