...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 11:17 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi, Azərbaycan Milli Bankının müəyyən etdiyi kimi, 0,0006 bənd (0,06%) möhkəmlənib. Ötən həftə 1 ABŞ dollarına görə orta məzənnə 0,87456 manat səviyyəsində müəyyən olunub.

Trend xəbər verir ki, ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi oktyabrın 9-u (1 ABŞ dollarına görə 0,8749 manat), minimal məzənnə isə oktyabrın 12-13-də (1 ABŞ dollarına görə 0,8743 manat) müəyyənləşdirilib.

ABŞ dollarına nisbətən manatın rəsmi məzənnəsi

dollarına nisbətən manatın rəsmi məzənnəsi

2oktyabr

0,8758

9 oktyabr

0,8749

3 oktyabr

0,8758

10 oktyabr

0,8747

4 oktyabr

0,8755

11 oktyabr

0,8746

5 oktyabr

0,8752

12 oktyabr

0,8743

6 oktyabr

0,8752

13 oktyabr

0,8743

Həftə ərzində orta

0,8755

Həftə ərzində orta

0,87456

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən birja məzənnəsi, Bakı Banklararası valyuta birjasındakı hərraclar nəticəsində müəyyən olunduğu kimi, 0,0003 bənd (0,03%) azalıb. Orta məzənnə 1 ABŞ dollarına nisbətən 0,87366 manat səviyyəsində müəyyənləşdirilib.

Ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi oktyabrın 13-də (1 ABŞ dollarına görə 0,8742 manat), minimal məzənnə isə - oktyabrın 10, 11 və 12-də (1 ABŞ dollarına görə 0,8734 manat) müəyyənləşdirilib.

Oktyabrın 9-da BEST-də $3,1 mln. (orta mübadilə məzənnəsi - 0,8739 AZN/USD), oktyabrın 10-da - $$6,960 mln. (məzənnə - 0,8734 AZN/USD), oktyabrın 11-də - $3,393 mln (məzənnə - 0,8734 AZN/USD), oktyabrın 12-də - $4,750 mln. (məzənnə - 0,8734 AZN/USD) və oktyabrın 13-də - $38,970 mln. (məzənnə - 0,8742 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

2oktyabr

0,8747

9 oktyabr

0,8739

3 oktyabr

0,8747

10 oktyabr

0,8734

4 oktyabr

0,8739

11 oktyabr

0,8734

5 oktyabr

0,8739

12 oktyabr

0,8734

6 oktyabr

0,8739

13 oktyabr

0,8742

Həftə ərzində orta

0,87422

Həftə ərzində orta

0,87366

Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti sabit olub. Ötən həftə özəlləşdirmə çekinin qiyməti 80 min köhnə manat (16 AZN) təşkil edib.

Xəbər lenti

Xəbər lenti