...

Azərbaycanın ÜTT-yə daxil olmasınına dəstək məqsədilə ABŞ-ın yeni texniki yardımı USAİD xətti ilə həyata keçirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 16:43 (UTC +04:00)

ABŞ hökuməti Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesində ölkəyə yeni texniki yardım göstərməyə hazır olduğunu bildirib. Hökumətdən Trend də verilən məlumata görə, yardımın həcmi təxminən $3 mln. təşkil edir. Ancaq bu məbləğin istifadə istiqamətləri hələ müəyyən olunmayıb. Bu istiqamətlərdən biri sənədlərin ÜTT ölkələri ilə danışıqlar prosesinə hazırlanması ola bilər.

Bu dəfə Azərbaycana yardım ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) xətti ilə ayrılacaq.

İndiyədək, yəni 3 il ərzində Azərbaycana texniki yardım ABŞ-ın Ticarət və İnkişaf Agentilyi (TDA) tərəfindən ayrılıb. Qeyd edək ki, agentlik sentyabrda Azərbaycanın ÜTT-yə daxil olması üçün ölkəyə məsləhət xidmətləri göstərməyi davam etdirməkdən imtina edib.

Son məsləhətlər ötən il imzalanmış $981 min dəyərində qrant sazişi çərçivəsində göstərilib. Bu, ABŞ hökumətinin Azərbaycana ilk yardımı deyil. İlk belə saziş hələ 3 il əvvəl $1,943 mln həcmində imzalanıb.

Xəbər lenti

Xəbər lenti