...

Ünvanlı sosial yardım 2007-ci ildə 171 min azərbaycanlı ailəsini əhatə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 16:24 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son məlumatına əsasən, 2007-ci ildə ünvanlı dövlət sosial yardımı 171 min ailəyə və ya 800 mindən çox insana şamil olunacaq. Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, 2007-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün 78 mln. manat nəzərdə tutulub.

Əmək Nazirliyinin proqnozlarına görə, 2006-cı ildə ünvanlı sosial yardımı 50 min ailə (250 min insan) alacaq. Adam başına orta hesabla 10-11 manat səviyyəsində ünvanlı yardım düşür. 2006-cı ilin iyulun 1-dən verilən ünvanlı dövlət sosial yardımı almaq üçün Nazirlər Kabinetinin qərarı ilə "ehtiyac kriteriyası" 30 manat (150 min köhnə manatla) müəyyən olunub. Hal-hazırda ehtiyac kriteriyasının 2007-ci ildən 35 və ya 40 manata qədər qaldırılmasının iki variantı nəzərdən keçirilir.

Ünvanlı sosial yardımın verilməsi üçün 2006-cı il dövlət büdcəsindən 72 mln. manat ayrılıb. Yardım yarım il ərzində veriləcəyindən büdcə vəsaitlərinə qənaət oluna bilər.

Xəbər lenti

Xəbər lenti