...

Yapon bankı JBIC Bakı-Böyük Kesik- Tiflis sürətli dəmir yolu xəttinin yaradılmasını maliyyələşdirmədə maraqlı olduğunu bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2006 13:15 (UTC +04:00)

Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankı (JIBC) Azərbaycan hökümətinə Bakı-Böyük Kesik- Tiflisdən sürətli qatarlar üçün dəmir yolu xəttinin yaradılmasına görə ölkənin dəmir yol infrastrukturunu sürətləndirməyi təklif edib. Trend -ə Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəisi Sədrəddin Məmmədovun verdiyi məlumata görə, hazırda layihənin texniki iqtisadi əsaslarının hazırlıqları üzrə danışıqlar aparılır.

Yaponiya tərəfi bu məqsədlə 200 min dollar qrant ayırmağa hazırdır. Dekabrda JBİC bu istiqamətdə dəmir yolu xəttlərinə baxmaq və növbəti TİƏ-ın hazırlanması üçün öz ekspertlərini Azərbaycana göndərəcək.

Xəbər lenti

Xəbər lenti