...

BVF-nin 2007-ci ildə Azərbaycanda ÜDM-in artım tempi üzrə gözləntiləri hökumətin proqnozlarını üstələyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2007 15:26 (UTC +04:00)
BVF-nin 2007-ci ildə Azərbaycanda ÜDM-in artım tempi üzrə gözləntiləri hökumətin proqnozlarını üstələyir

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/2007-ci ildə Azərbaycanda ÜDM-in artımı 2006-cı il üzrə 31 faiz artıma qarşı 29,2 faiz təşkil edəcək. Bu barədə BVF-nin "Ümumdüyna İqtisadi təhlil - 2007" hesbatında bildirilib.

Ölkə hökuməti həmçinin iqtisadi inkişaf proqnozlarının bu il 28 faiz nəzərdə tutulmuş artımını gözləyir. Bu, ölkədə sosial-iqtisadi inkişaf proqnozlarının müəyyən edilməsində öz əksini tapacaq və ilkin göstəricilərə əsasən, proqnozlar 30 faizdən çox səviyyədə müəyyən olunacaq.

BVF-nin proqnozlarına əsasən, 2008-ci ldə Azərbaycanda ÜDM-nin artımı 23,1 faiz təşkil edəcək.

Hesabatda göstərildiyi kimi, ÜDM-də ödəmə balansının payı 2007-ci ildə ötən ilin 15,7 faizinə qarşı 27,4 faiz təşkil edəcək. 2008-ci ildə bu göstərici 36,2 faiz təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti