...

İqtisadi inkişaf naziri AYİB ölkələri Müdirlər Şurasının illik iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 18:56 (UTC +04:00)
İqtisadi inkişaf naziri AYİB  ölkələri Müdirlər Şurasının illik iclasında iştirak edəcək

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Mayın 18-də Kazanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının illik görüşü keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Bü görüşdə Azərbaycandan bankda ölkə tərəfindən müdir olan iqtisadi inkişaf naziri Heydər Babayev iştirak edəcək.

İclas çərçivəsində biznes-forum keçiriləcək.

İclasda AYİB-in ölkə nümayəndələri və üzv institutları yaxın illər üçün kapital resurslarının xülasəsi kontekstində bankın strateji kursunu hazırlayır. Biznes-forumda paralel olaraq iştirakçılar regionda Avropa Bankının gələcək investisiyalarının perspektivləri barədə fikir mübadiləsi aparacaq. Görüşdə nazirlər, aparıcı investorlar və korporasiya rəhbərləri, QHT-lər iştirak edəcək.

AYİB artıq 2007-ci ildə Azərbaycan üzrə portfelin artırılması planları barədə bəyan edib. 2006-cı ildə olduğu kimi, bank müxtəlif sahələrdə - özəl bank sahəsindəki layihələri maliyyələşdirmək niyyətindədir.

Azərbaycanda fəaliyyətə başladığı vaxtdan Avropa Bankının maliyyələşdirmə portfeli 1 mlrd. dollar təşkil edir, birgə maliyyələşdirilmiş layihələrlə 4 mlrd. dollaradək təşkil edir.

2006-cı ildə AYİB Azərbaycan layihələrinin maliyyələşdirilməsinə 150 mln. dollar vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti