...

Birinci rübdə Azərbaycana yük maşınlarının idxalı təxminən 75% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Birinci rübdə Azərbaycana 6,61 min minik maşını idxal olunub, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,3 faiz azdır. Statistika üzrə Dövlət Komitəsinin məlumatına əsasən, yanvar-martda gətirilmiş minik maşınlarının ümumi dəyəri 48,7 mln. dollar təşkil edib. Bu göstərici keçən ilin analoji göstəricisindən 25,5 faiz çoxdur.

Yanvar-martda Azərbaycana 2,508 min yük maşını idxal olunub, bu da keçən ilin analoji dövründən 73,4 faiz çoxdur. İdxal olunmuş yük maşınlarının ümumi dəyəri 21,7 mln. dollar təşkil edib. Bu göstərici keçən ilin analoji göstəricisindən 108,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti