...

Ticarət obyektlərində nəzarət tərəziləri qoyulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may/müx.TrendLife Fərid Sadıxov/ İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bazarlarda və digər ticarət obyektlərində standartlara uyğun olmayan tərəzilərdən istifadə edilməsi, alıcıların çəkidə aldadılması hallarına son qoyulması ilə bağlı tədbirlər görəcək.

Dövlət xidməti artıq bununla bağlı bütün ticarət obyektlərinin rəhbərlərinə xəbərdarlıq edib. Onların nəzərinə çatdırılıb ki, hər bir ticarət obyekti müştərilərə malın çəkisinin və ölçüsünün düzgün olub-olmamasını müəyyən etmək imkanı yaratmalıdır. Bunun üçün iri mağazalarda ticarət zalının görünən yerində nəzarət tərəziləri və başqa ölçü avadanlıqları qoyulmalıdır. Ticarət obyektləri tərəfindən istehlakçı hüquqlarının qorunmasına yönəlmiş bu tələblərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməlidir.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bu tələblərə əməl olunub-olunmamasını yoxlamaq məqsədilə gələn həftədən monitorinqlər keçirəcək. Tələblərə əməl etməyən ticarət obyektləri barədə müvafiq tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti