...

Türkiyədə Azərbaycanın investisiya imkanlarının təqdimatı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) iyunun sonunda Azərbaycanın investisiya imkanlarının Türkiyədə təqdimatını keçirməyə hazırlaşır. Bu sözləri çərşənbə axşamı AZPROMO prezidenti Emil Məcidov deyib.

"Biz Azərbaycanın investisiya imkanlarından bəhs edəcəyik, özümüzlə mütəxəssislər qrupu aparacağıq və ikitərəfli görüşlərdə iştirak üçün ticarət missiyaları yaradacağıq" - deyə Məcidov bildirib.

Tədbirlər üçün yer kimi İstanbul və İzmir şəhərləri nəzərdən keçirilir.

Qeyd edək ki, belə bir tədbirin keçirilməsi təşəbbüsü Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyənin "İş Bankası" və Azərbaycan-Türkiyə İnvestisiya Şurasından gəlib. Məcidovun bildirdiyinə görə, Almaniyanın Texniki Yardım Cəmiyyəti (GTZ) Azərbaycanın ticarət missiyasını dəstəkləmək niyyətini açıqlayıb.

Bu gün qeyri-neft sektorunda türk investisiyalarının xüsusi çəkisi ən böyükdür, onlar 2,5 mlrd. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti