...

"Mingəçevir şüşə" investisiya müsabiqəsinə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Dövlət Əmlakının idarə olunması üzrə Dövlət Komitəsi "Mingəçevir şüşə" ASC-nin 97,78 faiz səhmlərini investisiya müsabiqəsinə çıxarıb. Bu barədə məlumatı Dövlət Komitəsindən veriblər.

Müsabiqəyə çıxarımş sahm paketinin 12,78 faizi qapalı yazıma ilə müəssisənin əmək kollektivinə verilib.

İyunun 29-da müsabiqə təkliflərinin açılşı və qiymətləndirilməsi olacaq. İyunun 27-nə qədər isə həm yerli, həm də əcnəbi investorların müsabiqədə iştirak üçün təklifləri qəbul olunur.

Müsabiqədə üstünlük şüşə və digər kimya sənayesi məhsulunun istehsalında qabaqcıl təcrübəsi olan investora veriləcək.

İnvestor dövlət büdcəsinə 300 min manat köçürməli və Dövlət Komitəsinə 15 min özəlləşdirmə çeki verməlidir. İnvestorun niyyətinin ciddiliyini göstərmək üçün eyni zamanda 100 min manatlıq bank zəmanəti təqdim etmək lazımdır.

İştirakçıların investisiya proqramınada həmçinin yüksək keyfiyyətli şüşə və kimyəvi məhsulun istehsalı üçün görüləcək investisiya tədbirlərinin həcmi və istiqamətlər göstəriməlidir

247390 ədəd ümumi səhm buraxılışı ilə müəssisənin Nizamnamə Kapitalı mayın 1-nə 494780 amanat təşkil edir. Bir səhmin nominal dəyəri isə 2 manat müəyyən olunub.

"Mingəçevir şüşə" ASC-nin öhdəlikləri 278358 manat, debitor borcaları isə - 263 042 manatdır.

Müəssisə 1965 - ci ildən fəlaiyyət göstərir və işçilərinin sayı 193 nəfərdir.

Xəbər lenti

Xəbər lenti