...

AZPROMO və CEATEC əməkdaşlıq memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / İyunun 27-də Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çin-Avropa Texniki İqtisadi Əməkdaşlıq Assosiasiyası (CEATEC) arasında Əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun əsas məqsədi Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişafına, iki ölkənin iş adamları arasında əlaqələrə dəstək verməkdir.

Sənəd məlumat mübadiləsini, əlaqələrin genişləndirilməsini, birgə tədbirlərin təşkilini nəzərdə tutur.

Tərəflər iki ölkənin orta və kiçik biznesi arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirəcəklərini qeyd ediblər. Memorandum çərçivəsində əməkdaşlığın ilk addımı kimi 2008-ci ilin əvvəlində Çində Azərbaycan-Çin biznes-forumunun təşkili barədə razılıq əldə olunub.

CEATEC - Çin və Avropa arasında ticari-iqtisadi əlaqələrin dəstəyi ilə birbaşa məşğul olan Çin qeyri-hökumət təşkilatıdır. Təşkilat Çin və Avropa şirkətləri arasında əməkdaşlıq perspektivlərinin təhlilini aparır, işgüzar əlaqələrin qurulmasına dəstək verir, hökumət və şirkətlər arasında əməkdaşlığı qurur.

Xəbər lenti

Xəbər lenti