...

İran-Ermənistan iqtisadi inkişaf komissiyasının yeddinci toplantısı işə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2007 18:20 (UTC +04:00)

Azerbaydjan, Baku / Trend / Irəvanda iqtisadi inkişaf komissiyasının 7-ci toplantısında İranın xarici işlər naziri Mənuçehr Muttəki İran və Ermənistanın birgə planları barədə danışıb. İran XİN rəhbəri Iran-Ermənistan əlaqələrinin gələcək inkişafına əminliyini ifadə edib.

Muttəki qeyd edib ki, bu istiqamətdə iqtisadiyyat, energetika və nəqliyyat sahəsində müqavilələr imzalanır, azad ticarət zonasının yaradılması məsələsi razılaşdırılır.

"Bu gün biz 60 min maşının tranziti, tranzit üçün ölkələrin bir-birinin ərazisindən istifadə etməsi, əkinçilik və kommunikasiya sahəsində müasir texnologiyanın yaradılması, ictimai-siyasi münasibətlərin inkişafı, iranlı tələbələrin Ermənistanda təhsil almaları barədə razılaşma kimi planların həyata keçirilməsinin şahidiyik. Bizim əsas məqsədlərimizə gələcəkdə "Araz" elektrik stansiyasının yaradılması, dəmir yollarının çəkilməsi, Rus-İran-Ermənistan neftayırma zavodlarının tikilməsi, Ermənistanda İran ticarət mərkəzinin yaradılması daxildir" - deyə İran XİN rəhbəri bildirib.

Muttəki əlavə edib ki, iki ölkə arasındakı əmtəə dövriyyəsi 2005-ci ildə 180 mln. dollar təşkil edib. 2006-cı ildə isə bu göstərici 200 mln. dollar olub. Ümumi məbləğin 40 mln. dolları Ermənistanın, 160 mln. dolları isə İranın payına düşüb.

Xəbər lenti

Xəbər lenti