...

"Azerdemiryolbank" əhalinin əmanətlərinin sığortasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azerdemiryolbank" ASC Əmanətlərin Sığortalanması Fondunda üzvlük haqda şəhadətnamə alıb və "Əmanətlərin sığortalanması haqda" qanunun icrasına başlayıb. Bu barədə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Hazırda bankın Bakı və bölgələrdə fəaliyyət göstərən bütün 28 struktur bölməsində mövcud və potensial əmanətçilərin əmanətlərin sığortası şərtləri barədə məlumatlandırılması istiqamətində iş aparılır.

Onlar həmçinin bankla fiziki şəxslər arasında bağlanan depozit müqaviləsinin mətninə də daxil ediləcək. 2007-ci ilin 1 avqustuna olan məlumata əsasən əhalinin "Azerdemiryolbank"dakı əmanətlərinin ümumi həcmi 28,5 mln. manatdan çox olub.

Xəbər lenti

Xəbər lenti