...

Nazir: "Azərbaycanın qaz ehtiyatları 6 trln. kubmetr həcmində qiymətləndirilir"

Energetika Materials 2 Oktyabr 2007 18:40 (UTC +04:00)
Nazir:  "Azərbaycanın qaz ehtiyatları 6 trln. kubmetr həcmində qiymətləndirilir"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Azərbaycandakı qaz ehtiyatları 6 trln. kubmetr həcmində qiymətləndirilir. Bunu çərşənbə axşamı Bakıda "Xəzər və Qara dəniz regionunda birbaşa regional investisyalar" mövzusunda beynəlxalq konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatlarına əsasən, "Şahdəniz" yatağında dördüncü quyunun sentyabr ayında aparılan sınaq işlərinin nəticələrinə əsasən, bu müqavilə zonasında qaz ehtiyatının həcmi 1,2 trln. kubmetrə qədərdir.

Nazirin sözlərinə görə, 2020-ci ilə Azərbaycanda qaz hasilatı 30 mlrd. kubmetr təşkil edəcək.

Bu cür imkan ARDNŞ-in öz vəsaitləri hesabına işlədiyi yataqlarda və "Şahdəniz" yatğında hasilatın artırılması hesabına mümkün olacaq.

Nazir söyləyib ki, "Nabucco" layihəsi Azərbaycan qazının Avropaya çatdırılması üçün mühümdür. Nabucco Gas Pipeline Company ("Nabucco" layihəsinin operatoru) artıq Azərbaycana bu şirkətin səhmdarı olmağı təklif edib.

"Bu layihədə iştirak etmək Azərbaycan üçün mühümdür",-deyə Natiq Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti