...

ABŞ Azərbaycandan karbohidrogen alışını beş dəfə artırıb

Energetika Materials 25 Dekabr 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-sentyabrında ABŞ Azərbaycandan 13.1 mln barel neft və neft məhsulları idxal edib. Ötən ilin analoji dövründə bu rəqəm 2.58 mln. barel olub. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin tərkibinə daxil olan Energetik İnformasiya Administrasiyasının məlumatında bildirilir. 2007-ci ilin sentyabrında neft və neft məhsullarının idaxlı 1.766 mln. barel, avqustda-1.034 mln. barel, iyulda 2.101 mln. barel, iyunda 1.736 mln. barel, mayda-2.055 mln. barel, apreldə-1.728 mln. barel, martda-17 min barel, yanvarda 2.677 mln. barel təşkil edib. 2006-cı ildə ABŞ 10 mln. barel Azərbaycan nefti və neft məhsulları alıb. 2005-ci ildə bu rəqəm 563 min barel, 2004-cü ildə 484 min barel olub. Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql edilir. Bu marşrut 2005-ci ildən işləyir. Bundan əlavə, neft Bakı-Novorossiysk boru kəməri ilə, Gürcüstanın Qara dəniz limanı Batumidən də ixrac olunur. Batumiyə neft Bakıdan , dəmir yolu ilə daşınır. Digər ixrac istiqaməti -- Bakı-Supsa boru kəməri təmirə dayandırılıb.

Xəbər lenti

Xəbər lenti