...

StatoilHydro Azərbaycan qazının satışı ilə bağlı "Qazprom" la konkret danışıqlar aparmır-Norveç şirkətinin rəhbəri

Energetika Materials 11 Yanvar 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11yanvar/ Trend , müxbir A.Bədəlova/ Norveçin StatoilHydro şirkəti "Qazprom"-la "Şahdəniz" yatağından Rusiyanın qaz monopolistinə təbii qazın satılması ilə bağlı konkret danışıqların aparılması haqqında KİV-də yayılan məlumatları təkzib edib.

Bloomberg bildirib ki, "Qazprom"-un layihənin mənimsənilməsinin ikinci mərhələsindən başlayaraq, "Şahdəniz" yatağından qazın alınmasında maraqlı olduğunu bildirib. Bu barədə Amerika agentliyinə StatoilHydro-nun icraçı vitse-prezidenti Peter Mellbyüe məlumat verib. "Biz "Qazprom"-la müzakirələr aparmışıq və onlar maraq göstəriblər"-Bloomberg bildirib.

StatoilHydro-nun ictimai işlər üzrə meneceri Kjersti T. Morstol cümə günü telefonla Trend -a bildirib ki, StatoilHydro-nun "Qazprom"-la Rusiya şirkətinin Azərbaycan qazını almasına dair danışıqlar aparması haqqında Bloombergin yaydığı məlumat vəziyyətə uyğun deyil. "Heç bir konkret danışıqlar aparılmır" - Morstol bildirib.

StatoilHydro "Şahdəniz" yatağından qazın satışı üzrə kommersiya operatorudur. Layihənin texniki operatoru BP şirkətidir.

"Bizim "Qazprom"-la işgüzar münasibətlərimiz var və biz tez-tez bu şirkətin nümayəndələri ilə əlaqə saxlayırıq. "Şahdəniz" yatağının işlənilməsi üzrə layihənin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində əldə ediləcək qaz haqqında məsələ qaldırılıb (iş qaydasında) "-Morstol bildirib.

"Şahdəniz" layihəsi üzrə "Mərhələ-2" çərçivəsində, ilk qazın hasilatı 2012-ci ildən sonra gözlənilir. Qaz Yunanıstana, İtaliyaya və digər Avropa ölkələrinə satılacaq. Gürcüstan və Türkiyəyə də ixrac saxlanılacaq.

"Avropa alıcılarının qaza böyük marağı var. Lakin hələ ki, qaz bazarının marketinq araşdırmalarının başa çatması haqqında danışmaq tezdir "-o bildirib.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il, iyunun 4-də imzlanıb. "Şahdəniz" layihəsində hasilatın iştirakçı payına dair müqavilənin iştirakçıları BP (operator-25,5 faiz), StatoilHydro- 25,5 faiz, NİCO-10 faiz, Total-l0 faiz, LUKAgip-10 faiz, TRAO-9 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti -10 faiz -- şirkətləridir.

Bu yataqdan neft hasilatı 2006-cı ilin dekabrında başlayıb. Yanacaq, Cənubi Qafqaz boru kəməriylə Gürcüstan və Türkiyəyə göndlərilir. Azərbaycan, həmçinin, qaz alıcılarındandır. Birinci mərhələ çərçivəsində, qazın illik hasilat həcmi 8,8 mlrd. kub metr olacaq.

Keçən ilin yanvar-noyabr aylarında Şahdəniz yatağından 2 mlrd. 609 mln. kub metr qaz hasil edilib. Hazırda yataqda günlük debiti 22 mln kub metr olan 4 quyu işləyir. Gələn il daha iki quyunun işə salınacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti