...

Bu il "Azəriqaz" sisteminə 5,6 mlrd. kub metr qaz daxil olacaq

Energetika Materials 9 Fevral 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend / Yanvar ayında "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sisteminə (Azərbaycan ərazisində qaz paylaşdırma ilə məşğul olur) 2006-cı il yanvar ayının 628 mln. kub metrinə nisbətdə təxminən 517 mln. kub metr qaz daxil olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Paylayıcı şəbəkədə qaz tədarükü üzrə bu il üçün proqnoz 5,6 mlrd. kub metri üstələyir.

ARDNŞ respublika paylayıcı şəbəkəsinə əsas qaz tədarükçüsüdür. Yanvarda ARDNŞ ötən il yanvar ayının 391 mln. kub merinə nisbətdə 297,6 mln. kub metr qaz tədarük edib. Ümumilikdə bu il ARDNŞ "Azəriqaz"a 3,4 mlrd. kub metrdən çox qaz tədarük etmək niyyətindədir.

Yanvar ayı ərzində "Azəri-Çıraq-Günəşli" yatağından ölkənin qaz nəqliyyatı sisteminə 90,8 mln. kub metr qaz ötürülüb. Ötən ilin yanvar ayı üzrə bu göstərici 220 mln. kubmetrdən çox təşkil edib. Cari ildə bu yataqlardan qaz ötürülməsi üzrə proqnoz 637 mln. kub metr təşkil edir.

"Şah Dəniz" qaz kondensatından yanvarda "Azəriqaz" sisteminə 128,5 mln. kub metr qaz daxil olub. Ötən ilin analoji dövründə bu göstərici 13,84 mln. kub metr təşkil edib. Bu yataqdan bu il ümumilikdə 1,541 mlrd. kub metr qaz daxil olacaq.

Xəbər lenti

Xəbər lenti