...

"Statoil Hydro" Transadriatik qaz kəmərini tikəcək

Energetika Materials 14 Fevral 2008 14:00 (UTC +04:00)
"Statoil Hydro" Transadriatik qaz kəmərini tikəcək

Azərbaycan, Bakı, 14 fevral / Trend / Norveçin "Statoil Hydro" və İsveçrənin "EGL" şirkəti Xəzər qazının Avropaya ixracı üçün Transadriatik qaz kəmərinin tikintisi və əməliyyatına dair bərabər əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalayıblar - "Energy Intelligence Group" yazır.

Uzunluğu 520 km olan bu qaz kəməri ilə qaz Yunanıstan və Albaniyadan keçərək Cənub-Şərqi İtaliyaya çatdırılacaq. Albaniyadan İtaliyaya 115 kilometrlik sualtı səhə qaz kəmərinə daxildir.

"EGL" bəyan edir ki, qaz kəmərinin tikintisi layihəsinin qiymətləndirmə dəyəri $2,2 mlrd. təşkil edəcək. Layihəyə dair sonuncu investisiya qərarı 2009-cu ilin ikinci yarısında qəbul ediləcək. Qaz kəmərinin istismara verilməsi 2011-ci ilə nəzərdə tutulub. Onun başlanğıc ötürmə qabiliyyəti bir ildə 10 mlrd. kubmetr qaz təşki edəcək və sonra 20 mlrd. kubmetr qaza çatdırılacaq.

"Statoil Hydro" Azərbaycanın "Şahdəniz" qazkondensat yatağının işlənməsi laiyhəsinin iştirakçısıdır. Bu şirkət həmçinin layihənin kommersiya operatorudur və onun həyata keçirilməsinin birinci mərhələsində qazın satışına cavabdehdir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı ilin iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) -25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ADNŞ - 10 faiz.

Bu yataqda qaz hasilatı 2006-cı ilin dekabrında başlayıb. Hazırda qaz Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstana və Türkiyəyə nəql olunur. Azərbaycan da qazın alıcılarındandır.

Yataqın istismarının birinci mərhələsi çərçivəsində hər il 8,8 mln. kubmetr qaz hasil edilməsi nəzərdə tutulub. Bu həcm Azərbaycana, Gürcüstana və Türkiyəyə satılacaq. 2012-ci ildən sonra başlayacaq ikinci mərhələ çərçivəsində qaz hasilatı 20 mlrd. kubmetrə çatdırılacaq. Bu mərhələ çərçivəsində qazın Avropa ölkələrinə nəql edilməsi güman edilir.

.

Xəbər lenti

Xəbər lenti