...

ABŞ əmindir ki, "Nabucco" qaz kəməri tikiləcək və Bakı-Tbilisi-Ceyhandan az önəmli olmayacaq

Energetika Materials 22 Fevral 2008 16:40 (UTC +04:00)
ABŞ əmindir ki, "Nabucco" qaz kəməri tikiləcək və Bakı-Tbilisi-Ceyhandan az önəmli olmayacaq

Azərbaycan, Bakı, 22 fevral / Trend / ABŞ hökuməti əmindir ki, "Nabucco" qaz kəməri tikiləcək və onu öz ölkələri üçün 20-ci əsrin 90-cı illərində Bakı-Tbilisi-Ceyhan neft kəmərindən az əhəmiyyətli saymırlar. Bu bəyanatı cümə günü Brüsseldə ABŞ Dövlət Katibinin ikinci köməkçisi Metyu Brayza Aİ-nin energetika məsələləri üzrə komissarı Andris Piyebalqsla danışıqlardan sonra verib.

"Nabucco" qaz kəməri tikiləcək. Mən buna əminəm, çünki bu layihə kommersiya baxımından xeyirlidir", - Brayza bəyan edib. Brayzanın fikrincə, Xəzər qazının Avropaya nəql edilməsində "Nabucco" layihəsi, rəqabət aparan "Cənub axını" iləmüqayisədə daha qənaətli üsuldur. "Cənub axın"ın tikintisi ilə "Qazprom" ASC məşğul olur, - "Reuters" bildirir.

Fevralın 5-də "RWE" Alman energetika şirkəti, "Nabucco" qaz kəməri tikintisinin altıncı iştirakçısı olub. Hazırda Konsorsiumun bütün iştirakçılarının - Avstriyanın "OMV", Macarıstanın "MOL", Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botas" və "RWE" - hər birinə layihənin birləşmiş operator-şirkətinin iştirakçı payının 16,67 faizi məxsusdur. Fevralın 7-də, layihədə iştirak etməyə daha bir iddiaçı sayılan "Gaz de France" Fransanın iri energetika şirkəti bəyan edib ki, "Nabucco" qaz kəmərinə qoşulma haqqında danışıqların uğursuzluğundan sonra, Avropada digər layihələrə baxılacaq. Türkiyə "Gaz de France"ın layihəyə qoşulmasına qarşı çıxış edib. Fransanın "erməni soyqırımı" məsələsinə və Türkiyənin Aİ-yə qoşulması mümkünlüyünə dair mövqeyi onu razı salmır.

Xəbər lenti

Xəbər lenti