...

Azərbaycan və İran energetika sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradırlar – energetika naziri Pərviz Fəttah (video)

Energetika Materials 17 İyun 2008 15:37 (UTC +04:00)
Azərbaycan və İran energetika sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradırlar – energetika naziri Pərviz Fəttah (video)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir S.Əliyev/ İran və Azərbaycan əməkdaşlığın inkişafı üçün energetika nazirləri səviyyəsində işçi qrup yaradacaqlar. Bu barədə çərşənbə axşamı Bakıda, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşün yekunları üzrə İranın energetika naziri Pərviz Fəttah məlumat verib.

Fəttahın sözlərinə görə, bu gün Bakıda keçirilən danışıqların gedişində Azərbaycan və İran arasında enerji sahəsində əməkdaşlığın bütün məsələləri müzakirə edilib. Əsasən, iki ölkənin elektrik enerji sistemlərinin sinxronlaşdırılması məsələsi müzakirə edilib. Bu, Azərbaycana öz elektrik enerjisini İran əraizisindən Türkiyəyə ixrac etməyə imkan verəcək.

Yaxın vaxtlarda İran və Azərbaycan arasında enerji mübadiləsinin artırılması layihəsinin tərkib hissəsi olan 330 kilovoltluq İmişi-Parsabad EÖX-ün tikintisi layihəsinin reallaşdırılması başa çatacaq. Bu layihənin reallaşdırılması ölkələr arasında enerji mübadiləsini hazırki 200 MVt-dən 700 MVt-dək artırmağa imkan verəcək.

Bu layihənin başa çatması qış mövsümündə Naxçıvan Muxtar Respublikasına 150 MVt, ümumilikdə Azərbaycanın enerji sisteminə isə, 400 MVt elektrik enerjisi tədarük etməyə imkan verəcək.

Proqram İranın "Sunir şirkəti" ilə birgə realizə edilir. Proqrama 330 kilovoltluq Əli Bayramlı İES - İmişli EÖX-in, İmişi-Parsabadın ikinci xəttinin, 220 kilovoltluq Əli Bayramlı İES - Salyan, Salyan - Masallı, Masallı - Astara EÖX-in, həmçinin, "Salyan" yarımstansiyasının tikintisi və daha dörd yarımstansiyanın genişləndirilməsi daxildir. EÖX-in ümumi uzunluğu 350 km təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti